• 22 Noyabr 2024 12:45

Rusiya səhvən özünü bombaladı: maşın binanın damına “tullandı” – FOTO

 

Rusiyaya məxsus döyüş təyyarəsi Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərini səhvən bombalayıb.

Tacxeber.com “TASS”a istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. Vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, partlayış şəhərin mərkəzində 20 metr enində krater yaradıb.
Partlayış nəticəsində indiyədək iki qadın yaralanıb.

RİA Novosti və TASS-ın məlumatına görə, Rusiyaya məxsus Su-34, ikimühərrikli qırıcı-bombardmançı Ukrayna sərhədindən 40 kilometr şimalda yerləşən Belqorod şəhəri üzərində təsadüfən sursat buraxıb.

Belqorod meri Valentin Demidov Teleqram kanalında partlayış nəticəsində çoxlu mənzillərin zərər gördüyünü yazıb.

Yerli vaxtla saat 22:15-də baş verən hadisə ilə bağlı araşdırma aparılıb.

Sosial şəbəkələrdə paylaşılan fotolarda avtomobillərdən birinin binanın damına atıldığı görünür.

Hərbi analitiklər Belqorod hadisəsini “qəribə” kimi qiymətləndirərək bildiriblər ki, qırıcı təyyarədə texniki nasazlıq baş verərsə, bir yox, bütün sursatlar atılmalıdır.

Qeyd edək ki, 370 min əhalisi olan Belqorod şəhəri Ukrayna sərhədindən 40 kilometr aralıdadır.
Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovdan bir qədər şimalda yerləşən bu şəhər müharibə başlayandan bəri tez-tez artilleriyanın hədəfinə çevrilir.
Ukraynaya hücum etmək üçün havaya qalxan Rusiya təyyarələri də bu şəhərin üzərində müntəzəm uçuşlar həyata keçirir.

 

Oxşar xəbərlər