Toya gedən FHN-nin 20 əməkdaşı işdən çıxarıldı – General Sevda Şirinovadan əmr
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin xeyli sayda əməkdaşı işdən çıxarılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onları işdən FHN-nin Kadr siyasəti Baş idarəsinin rəisi, general-mayor Sevda Şirinova azad edib.
Belə ki, idarənin 20 əmədaşı guya işlərində verdikləri nöqsanlara görə vəzifələrindən azad ediliblər. 20 əməkdaşdan 3-ü yüksək rütbəli zabit və idarənin vəzifəli şəxsləridir.
Əldə etdiyimiz məlumata görə, onıarın işdən çıxarılmasına səbəb toy mərasimində iştirak etmələri olub.