• 22 Noyabr 2024 18:34

Cavanşir Paşazadə: “Dünya Ramazan bayramını qeyd edəndə İran ya bir gün əvvəl, ya da sonra qeyd edir”

 

Müsəlmanlar arasında Ramazan bayramı ilə bağlı fikir ayrılığı yaranıb. Belə ki, ötən gün Azərbaycanla yanaşı dünyanın bir çox ölkələrində Ramazan bayramı qeyd olunsa da, İran buna qarşı çıxıb və guya Ayın görünmədiyini iddia edib. Bu səbəbdən İranın dini baxışlarını dəstəkləyən şəxslər Ramazan bayramını bu gün – aprelin 22-də qeyd edirlər.

Molla rejiminin sərgilədiyi mövqe ölkəmizdə çaşqınlığa səbəb olub. Dünəndən bəri sosial şəbəkələrdə İrana bağlı qrupların təbliğat xarakterli paylaşımları xüsusilə diqqət çəkir. Şübhə yoxdur ki, onların əsas məqsədi Azərbaycandakı müsəlmanlar arasında təfriqə yaratmaqdan ibarətdir. Mövzu ilə bağlı Modern.az-a danışan QMİ sədri Hacı Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə bildirib ki, İran hər şeyi özününkiləşdirmək istəyir.

“Azərbaycanda rəsədxana olduğu üçün bizim alimlərimiz bayramın dünən olduğunu elan etmişdilər. Dünyada bayramı bu gün qeyd edənlər var və onlardan biri də İrandır. Hər il dünya ölkələri Ramazan bayramını qeyd edəndə İran ya bir gün əvvəl, ya da sonra qeyd edir. Bu, onların xislətində olan bir şeydir. İran hər şeyi özününkiləşdirmək məqsədində olan dövlətdir. Hətta, İran dindən bu formada istifadə edir. İran hər zaman özünü din baxımından öndə gedən ölkə hesab edir. Ona görə də həm dində, həm də siyasətdə ayrıseçkilik yaranır. Bizdə də müəyyən mənada İrana uyanlar var. Mən arzu edərdim ki, bunlar olmasın. Əfsuslar olsun ki, hələ də belə hallara rast gəlirik”, – deyə deputat vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər