Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ı Türkiyə sərhədləri yaxınlığında terror dövləti yaratmaq cəhdində ittiham edib.
Tacxeber.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu şənbə günü CNN Türk-ə müsahibəsində deyib.
“Amerika bizim yanımızda terror dövləti yaratmaq istəyir. Bu terror dövlətini yaratdığı andan etibarən əvəzi ödənəcək. Biz ehtiyat tədbirləri görürük. Buna qarşı dörd böyük əməliyyat həyata keçirdik”, – Soylu bildirib.
Bununla bağlı o, ABŞ-ın Əfqanıstandakı uğursuz missiyasını, İraq və Suriyanın daxili işlərinə müdaxiləsini xatırladıb.
“Amerika uzun müddətdir terror dövləti yaratmağa çalışır. 40 ildən artıqdır ki, Türkiyə bununla mübarizə aparır”, – DİN rəhbəri vurğulayıb.