Qırmızı dənizdə 3 Rusiya vətəndaşının olduğu gəmi yoxa çıxıb.
Tacxeber.com yerli KİV-ə istinadən xəbər ki, gəmidə bir dənizçi, onun həyat yoldaşı və kapitan olub.
Kapitanın həyat yoldaşı Nadejda Rasina “Zvezda” telekanalına bildirib ki, ekipajın bütün üzvləri dəniz quldurları tərəfindən əsir götürülüb. O qeyd edib ki, bu məlumatı Səudiyyə Ərəbistanının sahil mühafizəsindən əldə edib.
Əyləncə məqsədilə ilə istifadə edilən gəmi aprelin 17-də Səudiyyə Ərəbistanından yola düşüb, 19-da Cibutiyə gəlməli idi. Lakin onlar son mənzilə çatmayıb. Kapitanın həyat yoldaşının sözlərinə görə, itkin düşənlərin axtarışı üçün heç bir tədbir görülməyib.