• 22 Noyabr 2024 23:12

Azərbaycanlı Aktrisa: “Əxlaqsız, fahişə obrazları da yaradılmalıdır”

 

Faktmedia.az aktrisa Cəmilə Tağızadə ilə müsahibəni təqdim edir.

 – Cəmilə xanım, necə oldunuz aktrisalığı seçdiniz, bu sahə üzrə təhsiliniz varmı?

  – Aktrisa olmaq uşaqlıq arzum idi. Eyni zamanda vəkil olmağı arzulayırdım. Böyüdükcə düşündüm ki, aktirsa olsam  daha yaxşı olar. Çünki istədiyim bütün sənətləri canlandırıb,  səhnədə yaşaya bilirəm. Obrazdan-obraza girib, fərqli rollarda oynaya bilirəm. Bu sənəd maraqlı olduğu qədər də çox çətindir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetini bitirmişəm. Müəllimim rəhmətlik Ramiz müəllim olub. Bundan əlavə çox savadlı sənətkarlardan dərs almışam.

  – Aktrisalar, məşhurlar həmişə zirvələri fəth etməyi düşünür. Sizdə də belədir?

  – Ümumiyyətlə insan öz qarşısına məqsəd qoymalıdır. Və o məqsədinə, hədəfinə doğru getməlidir. Əgər hər hansı sahədə işləyirsənsə sən o işinin ən yüksək  pik nöqtəsində olmalısan. Özünü inkşaf etdirib, öz üzərində daim  çalışmalısan. Tanındımsa məndən yaxşısı yoxdur demək,  bu artıq inkişafdan qalmaq deməkdir.

  – Müasir dövrdə yaşlı aktyorlar daha çox canfəşanlıq edirlər, yoxsa gənc?

  – Canfəşanlıq  eləmək bu yaşa baxmır. Sənət adamı həmişə istəyir ki, diqqət mərkəzində olsun, sevilsin,  dövlət və xalq  tərəfindən  qayğı görsün. Bizim buna ehtiyacımız var. Mən özüm teatrda çalışmadım, sırf film və seriallarda çəkilmişəm. Teatrda işləyəndə artıq  filmə, seriala vaxtın olmur. Bizim sənətçilərimiz özlərini birbaşa bu sənətə fəda edirlər. Teatrdan elə də çox məvacib almır, amma sənətini o qədər çox sevirlər ki, bütün ömürlərini o teatra sərf edirlər.  Qarşılığ isə istədiyi kimi yoxdur. Ümüd edirəm tezliklə hər şey daha yaxşı olacaq və istədiyimiz qonorar alacağıq.

 – Bu sənətdə  ən böyük arzunuz nədir?

   – Bu sənətdə ən böyük arzum  bir filmə prodüserlik etməyimdir. Baş rolda çəkilmək istəmirəm. Prodüser kimi özümü  sınamaq istəyirəm, böyük layihələr var arzumda. Yaxşı programlar, filmlər düşünürəm. Hansı ki, bu filmləri Avropa festivallarına göndərə bilək.

  – Cəmilə xanım ailəli olmaq sizi sənətdən uzaqlaşdırmır ki?

– Ailə qurduğum üçün peşman deyiləm, amma sənətimdən  uzaq düşdüyüm üçün çox peşmanam. Çox təssüf ki, sənətimi buraxıb getdim. Buna çox üzülürəm.  Kaş ki, buraxıb getməyəydim. Çox  gözəl ailəm var, amma sənətdə o zirvəyə gəlmək üçün  çox əziyyət çəkmişdim. Hansısa bir adamın köməyi ilə yox, öz əziyyətmlə  gəldim. Öz sənətimi ailəmə qurban verdim, verdiyim kimi də onun qarşılığını görmədim. Yeganə əldə etdiyim  şey sağlam və gözəl övladımdır.

 – Yüksək qonorar təklif etsələr açıq səhnələrə çəkiləcəksiniz?

   – Mən həmişə demişəm. Heç vaxt açıq-saçıq səhnələr çəkmirəm. Nə qədər böyük məbləğdə  təklif etsə də  qəbul etmirəm. Çəkilən aktirsalarımız var. Ailəm evlənməmişdən öncə də buna icazə verməyib. Amma çəkilənlərə də pis baxmıram. Açıq səhnədə oynamaq pis bir şey deyil. Həyatda o qədər əxlaqsız narkoman, fahişə insanlar var ki, filmlərdə də bu xarakterlər, obrazlar çəkilməlidir.

Tacxeber.com

Oxşar xəbərlər