Mərhum Xalq artisti İlhamə Quliyevaya “Türk dünyasının sənət kraliçası” adını mən vermişəm. O zaman ona həmin bu adla da qızıldan Atatürkün şəkili olan medal və 15 min avro pul da vermişdilər”.
Tacxeber.com Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.
Elgiz bildirib ki, 13 il əvvəl mərhum Xalq artisti İlhamə Quliyeva ilə Türkiyədə mükafat alsa da, qarşı tərəf onun adını Azərbaycan mətbuatından çıxarıb:
“Biz birlikdə mükafat almaq üçün 2010-cu ildə Türkiyəyə getmişdik. Mənə də 15 min avro vermişdirlər. Qızıl medalın isə ona böyüyünü, mənə isə kiçik ölçüsünü verdilər (gülür). Eybi yox. Deyəsən o medalı insanın çəkisinə görə verirdilər. O zamanlar mən arıq idim.
Həqiqətən də çox böyük mükafat idi. Aparıcılar içində ilk beynəlxaql mükafata mən layiq görülmüşdüm. Mənə medalı isə Gənclər və Turizm naziri vermişdi. İlhamə xanıma isə mükafatı şəhərin meri vermişdi. Mükafatlarımız da eyni idi. Gəldim Bakıya, gördüm ki, heç yerdə adım yoxdur. Bütün saytlarda yalnız İlhamə xanımın adı vardı.
Sonra məlum oldu ki, İlhamə xanımın dostları hər yerdən adımı çıxartmışdırlar. Mən heç nədən incimirəm. Allah İlhamə Quliyevaya rəhmət eləsin. Yəqin o zaman belə istəmişdi”.