Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinə yeni komandan təyin edilib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Pastinfo” nəşri məlumat yayıb.
Məlumata görə, bu vəzifəyə general-polkovnik Aleksandr Lentsov gətirilib. 67 yaşlı zabit 22 yanvar 2020-ci ildən Rusiya Federasiyası Müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.
Qeyd edək ki, bu gün sülhməramlı kontingentin komanda Andrey Volkovun işdən çıxarıldığı barədə məlumat yayılıb.