• 18 Oktyabr 2024 07:03

Azərbaycan və Türkiyə birgə PUA istehsal edəcək

 

Azərbaycan və Türkiyə birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək.

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkəti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovla “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar imzalayıblar.

Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov da iştirak edib.

Tacxeber.com

Oxşar xəbərlər