Müğənni Xatirə İslam yenə paylaşımına görə tənqid olunub.
OLAY yazır ki, o, instaqram hesabında paytaxt Moskvada çəkdirdiyi fotoları paylaşıb.
İfaçının məkanın yerini “Красный Плошад Кремле” (əslində, doğru yazılışı belədir: “Красная площадь Кремле”, yəni Kremlin Qırmızı Meydanı) qeyd etməsi izləyicilərin müzakirələrinə səbəb olub. Belə ki, insanlar sənətçinin bu səhvini linç ediblər.
İzləyicilər paylaşıma “Xatirə xanım, “Kрасный плошад кремле” nədir? Tərcümədən istifadə edin, heç olmazsa, bizi biabır etməyin”, “Yox bir, “Красная лошад в кремле!” Yaza bilmirsənsə, yazma”, “Geyimin heç zövqlü deyil”, “Bu nə konbindir? Arıqlayandan sonra stilinizi itirmisiniz” və s. şərhlər yazıb.
Xatırladaq ki, bu yaxınlarda müğənni Xatirə İslam Moskvadakı hava limanından paylaşıdığı görüntülərdə “I lave Moscow” qeydini yazmağı “tənqid atəşi”nə tutulub.