• 22 Noyabr 2024 11:52

Lukaşenkonun soyqırımda əli var – AŞPA-dan qərar

 

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Belarus Prezidenti Aleksandr Lukaşenkonun ukraynalıların soyqırımında iştirakını tanıyıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko deyib.

Qonçarenko qeyd edib ki, AŞPA Lukaşenkonun uşaq və böyüklərin Ukraynanın işğal olunmuş ərazilərindən məcburi deportasiyasında iştirakının tanınması ilə bağlı Assambleyanın qətnaməsinə düzəlişini dəstəkləyib.

“Bu, Rusiyanın Ukraynada törətdiyi soyqırımda Lukaşenkonu avtomatik günahkar edir”, – deputat bildirib.

Tacxeber.com

Oxşar xəbərlər