MDB üzvü olan Moldova Rusiya Prezidenti Vladimir Putinin ölkəyə girişini qadağan edib.
Tacxeber.com xəbər verir ki, bunu Moldovanın baş naziri Dorin Reçan bəyan edib.
“Rusiya Federasiyası bizə nə etmək və nəyi etməmək lazım olduğunu deyə bilməz. Moldova müstəqil, suveren ölkədir və xalqın və ya konkret vətəndaşın seçiminə hörmət etməyən hər kəs dövlətin sərhədlərini keçməməlidir”, – moldovalı baş nazir bildirib.
Onun sözlərinə görə, Moldova ərazisinə girişi bağlı olan Rusiya rəsmilərinin müəyyən siyahısı var, lakin hazırda onu dərc olunmasını məqbul hesab etmirik.
“Bəziləri bu barədə gələndə öyrənir, bəziləri artıq bilir. Nə vaxtsa siyahını dərc edəcəyik”, – Reçan qeyd edib.