• 22 Noyabr 2024 23:21

Aftandil İsrafilovun ölüm səbəbi açıqlandı

Aftandil İsrafilovun ölüm səbəbi açıqlandı

 

Xəbər verdiyimiz kimi, 82 yaşlı Xalq artisti Aftandil İrafilov vəfat edib. 

Tacxeber.com Bİzim.media-ya istinadla xəbər verir ki, mərhumun qardaşı qızı Nəzrin xanım sənətkarın bu gün səhər saatlarında dünyasını dəyişdiyini bildirib:

“Aftandil müəllim səhər saat 10:00 radələrində müalicə aldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Hospitalında vəfat etdi. Əmimin ürəyi dayanıb, problem onun böyrəklərində idi. Çünki Aftandil İsrafilov  uzun zaman idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. Ailəmiz üçün çox böyük itkidir. Allah rəhmət eləsin”.

Qeyd edək ki, A.İsrafilov ötən ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalına yerləşdirilmişdi. Daha sonra evə buraxılan Xalq artisti dekabrda yenidən vəziyyəti ağırlaşdığına görə eyni hospitala müalicəyə aparılmışdı.

A.İsrafilov uzun müddət orada müalicə aldıqdan sonra yenidən evə buraxılmışdı. Martın 26-da isə Xalq artisti A.İsrafilovun səhhəti yenidən pisləşdiyi üçün o, təkrar sözügedən tibb mərkəzinə yerləşdirilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər