• 22 Noyabr 2024 16:41

Ermənilər NBM şokundan ayılmayıb: “Danışıqlar heç bir nəticə vermir”

 

Rusiya sülhməramlı qoşunlarının komandanlığı ilə azərbaycanlılar arasında Həkəri körpüsündə quraşdırılmış nəzarət-buraxılış məntəqəsinin götürülməsi məsələsində aparılan danışıqlar heç bir nəticə vermir.

Tacxeber.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat verib.

Erməni nəşri xatırladıb ki, Azərbaycan bazar günü Qarabağı Ermənistanla birləşdirən yolda nəzarət-buraxılış məntəqəsi, dünəndən isə pasport yoxlanışını həyata keçirməli olduqları xüsusi köşk quraşdırıb:

““Artsax”da deyirlər ki, Rusiya tərəfi rusların nəzarətində olacaq keçid məntəqəsinin yanında rentgen skaner cihazlarını quraşdıracaq və azərbaycanlılar prosesi onlayn izləyəcək. Bu, indiki vəziyyətdə yeganə məqbul kompromis sayılır. Bundan əlavə, ruslarla danışıqlarda azərbaycanlılar müəyyən güzəştlərə gediblər. Məlumata görə, onlar keçid məntəqəsində rus sülhməramlılarına bəzi qeyri-vacib funksiyaların yerinə yetirilməsinə razılıq verə bilərlər”.

Tacxeber.com

Oxşar xəbərlər