Ərik ağaclarında seyrəltmə prosesi aparılarkən kal əriklər ağacdan yerə tökülür. Çoxları bunun dadını bilir. Son zamanlarda isə marketlərdə də satılmağa başlayıb. Hətta qarışıq turşularda da istifadə edilir.
Çaqqala (çakkala, çağala da adlandırılır) ərik və badam ağacının meyvəsidir. Tam yetişməmiş kal, sütül formasıdır. Turş və ləzzətli dadı olan çaqqalanın cəmi 15-20 gün ömrü olur. Bu müddətdən sonra isə tam yetişənədək dadı yaxşı olmur.
Tacxeber.com çaqqalanın faydaları haqqında yazacaq. Vitamin anbarı olan çaqqala çiy istehlak edilir. Meyxoş dadına görə qazan yeməklərində və salatlarda da istifadə edilir. Hətta bəzi bölgələrdə turşusunu hazırlayırlar.
Çaqqala B, C, E vitamini, zülal, dəmir, kalsium, fosfor, maqnezium, kalium və selenium baxımından çox zəngindir və tərkibində zeytun yağının ehtiva etdiyi yağ turşuları da var.
Çaqqala mövsümi dəyişiklik zamanı orqanizmin su balansını tarazlayır. Onda gündəlik su tələbatının 40 faizini ödəyən maye vardır.
Çaqqalanın faydaları bununla bitmir:
Xolesterolu aşağı salır və xolesterolun düşmənidir.
Öd kisəsində daş yaranmasının qarşısını alır.
C vitamini qaynağıdır.
Təzyiqi tarazlayan xüsusiyyətə malikdir.
Maddələr mübadiləsini sürətləndirici təsiri vardır.
Güclü bir antioksidantdır.
Əzələ sıxılmaları və krampları aradan qaldırır.
İltihab yaranmasının qarşısını alır.
Ürək və damar sağlamlığı baxımından faydalıdır.
Doyurucu və tox tutan qida olduğu üçün diyet qidası kimi qəbul edilir.
Meyxoş dadı və yüksək lif tərkibi sayəsində qlisemik indeksi aşağıdır.
Makiyaj təmizləmə, dırnaq, əl və ayaq baxımında istifadə edilməkdədir.
Hamilə qadınların süd vəzilərini aktivləşdirir, südünü artırır və körpələrin inkişafında köməkçi olur.
Yuxusuzluq, baş gicəllənməsi kimi şikayətləri azaldır.
Qulaq ağrılarının dərmanıdır.
Ətraf əzələləri gücləndirir.
Bronxit, boğaz yanması, boğaz ağrısı və ağciyər xəstəliklərinə yaxşı təsir edir.
C və E vitamini və selenium ehtiva edən çaqqala meyvəsi orqanizmi həm xərçəngdən qoruyur, həm də xərçəng müalicəsi zamanı möhkəmləndirici təsiri var. Yüksək maqnezium nisbəti sayəsində ürək xəstəliklərinə qarşı da qalxan rolunu oynayır.
Çaqqalada olan E vitamini sızanaq və qara nöqtələrin yaranmasının qarşısını alır. Çaqqala meyvəsindən əldə edilən maska qırışlara qarşı təsirlidir və yaşlanmanı gecikdirir.
Çaqqalanın tərkibində olan selenium və fosfat qışdan yaza keçiş müddətində immunitet sistemini gücləndirməkdədir. C vitamininin antioksidant təsiri bədəndə yığılan bütün sərbəst radikalları sidik yolu ilə atmağa kömək edir.
Maddələr mübadiləsini sürətləndirici təsiri olan çakkalada yüksək miqdarda lif var. Bu da bağırsaqlardak faydalı bakteriyaları çoxaldaraq probiotik təsiri yaradır.