• 22 Noyabr 2024 17:15

Xoşqədəm Doğuşa qadağa qoyub?

Xoşqədəm Doğuşa qadağa qoyub?

 

Müğənni Doğuş həyat yoldaşı Xoşqədəm Hidayətqızı ilə birlikdə aparıcısı olduğu “Günaydın, Azərbaycan” proqramında ailəsindən danışıb.

Yenisabah.az xəbər verir ki, ifaçı Türkiyədəki verilişlərdə ailəsindən danışmamasına dair səsləndirdiyi fikirlərinə aydınlıq gətirib.

Hidayətqızının ona ünvanladığı “Çoxları yazır ki, Xoşqədəm ərinə uşaqlarından, ailəsindən danışmağa icazə vermir. Həmişə danışırdın, indi danışmırsan deyə, nələr yazırlar, nələr… Mən sənə qadağa qoymuşam ki?”- sualına Doğuş belə cavab verib:

“Niyə ailəmi ekranlarda danışmaq məcburiyyətində olum ki? Ailə müqəddəsdir, məbəddir. Uşaqlardan danışa bilərik. Bəs səninlə əlaqədar nə danışa bilərəm ki? Heç kimə mənə qadağa qoymur. Özüm özümə bir cümhuriyyətəm. Heç kimi dinləmərəm. Xoşqədəm xanım mənə nə deyə bilər ki? 26 ildir ayaqda dayanan, kiməsə söykənməyən, uşaqlarına və ailəsinə baxan bir atayam. Yazdıqlarınıza diqqət edin, xahiş edirəm”./Olay.az

Tacxeber.com

Oxşar xəbərlər