Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Kərim Novruzovdan (Ağakərim) xəbər var.
Tacxeber.com xəbər verir ki bu barədə olay-a sənətçinin yaxın dostu, həmkarı Ağamirzə Məmmədov məlumat verib.
O bildirib ki, söz utsasının səhhətində bir dəyişiklik yoxdur:
“Kərimin yanına gedirəm. Lakin 1 dəqiqədən artıq əyləşə bilmirəm. On dəfə salam verirəm, birini götürür, ya götürmür. Çox vaxt da cavab vermir. Ancaq gözümün içinə, ora-bura baxır. Nə əyləşə, nə danışa, nə də yeriyə bilir. Kərim də içində olmaqla Allah bütün xəstələrə şəfa versin”.