• 22 Noyabr 2024 17:19

Aqil Abbas: “Bir çox ölkələr “Formula-1”i keçirməkdən ötrü əlləşirlər, ala bilmirlər, biz almışıq…”

 

““Formula-1” ölkənin reklamıdır. Özü də indiki vaxtda. Hamı bizim əleyhimizə olan vaxtda qoy görsünlər ki, Azərbaycan necə tədbirlər keçirə bilir. Təbii ki, “Formula-1” mənə də, hamıya da narahatlıq yaradır, yollarda tıxac olur. Amma bu, idman yarışıdır. İndi bir çox ölkələr “Formula-1”i keçirməkdən ötrü əlləşirlər, amma ala bilmirlər, biz almışıq. Müddəti 3 il uzadıblarsa, deməli, belə məsləhətdir, nə deyim?”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

A.Abbas “ölkədə sosial problemlər var, “Formula-1” isə ölkəyə fayda vermir, əziyyət çəkən yenə vətəndaşlar olur” kimi fikirlərə isə belə münasibət bildirib: “Hər bir şeyin əziyyəti də olur. Mən də istəmərəm tıxac olsun. Nə edə bilərik? Əgər ölkənin reklamı üçün lazımdırsa, deməli, camaat da on-on beş gün səbir etməlidir də…”

Tacxeber.com

Oxşar xəbərlər