Melanxolik – ən çətin ünsiyyət yaradılan insan tipidir. Bu cür insanlarla qarşılıqlı münasibət yaratmaq olduqca çətindir. Bu tip insanlar ünsiyyətdə qaçır və ünsiyyəi sevmirlər, daha çox tək qalmağa üstünlük verirlər. Onlar incidikləri şeyləri tez-tez yada salar, özlərinə yazığı gələr, hər şeydən küskün olar, onlara hər bir şeyin haqsız olaraq edildiyini zənn edər və həmişə də həyatın maraqsız və darıxdırıcı olduğundan şikayətlənərlər.
Melanxoliklər hər hansı bir uğura qətiyyən inanmırlar. Onlar məğlubiyyətə, uğursuzluğa əvvəlcədən hazır olurlar. Onların həyatdan razı, sevincli olduqlarını görmək çox çətindir. Melanxoliklər daim çəmiyyətdən qaçar, çəmiyyətdən uzaq olmağa çalışırlar. Bu cür psixotiplər qeyri-kamil psixikaya malikdirlər. Belələri pessimist, özlərinin hər hansı bir xırda problemini və incikliyi həddən artıq böyüdüb şişirdən olurlar.
Melanxoliklər zahirən çox sakit görünürlər. Amma çoxları bilmir ki, onların daxilində necə böyük təlatümlü bir emosiya var. Melanxoliklərin daxilində olan təlatümlü emosiyalar çox nadir hallara üzə çıxır. Onlar emosiyalarını daim içlərində gizlədir və analiz edirlər.
Melanxoliklərin emosiyalarını daxillərində gizlətmələri fiziki xəstəliklərə də gətirib çıxara bilir. Belə ki, emosiyaların daxildə gizlədilməsi qaraciyər və mədədə funksional pozuntu, hipertonik və kardioloji xəstəliklər yaradır.
Bu da Hippokratın dörd temperamentindən biridir və «qara səfra» tərəfindən idarə olunur. Müasir elm bunu qəbul etməsə də, sifətin mənası eyni qalmaqdadır. Melanxolik insan həm özünü kədərli hiss edir, həm də bu cür davranır.
Melanxoliklər depresiyaya meyillidirlər, ez əsirlənirlər. Ən adi bir şeydən kefləri pozulur, özlərini aşağı qiymətləndirirlər. Melanxolik dörd əsas insan temperamentindən biridir. Hər hansı yeni bir iş onların çiynində ağır bir yük olur. Melanxoliklər seçim etməkdə, qərar qəbul etməkdə çətinlik çəkirlər.
Aristotel hesab edirdi ki, “hər bir dahi ehtirasına görə — melanxolikdir”. Melanxoliklərin bir yaxşı cəhəti vardır, intuisiyaları yüksək olur. Melanxoliklərin bir çox mənfi xüsusiyyətlərinə baxmayaraq, bir çox məşhurlar bu mənfiliklərə qalib gələ bilmişlər. Məsələn: R.Dekart, Ç. Darvin, P.İ. Çaykovski, F. Şopen, N.B. Qoqol və s. görkəmli şəxslər bu tip insanlardan olmuş və öz daxillərindəki melanxoliyaya qalib gəlmişlər.