Məşq zamanı vəfat edən Fərid Bakarovun anası Aynurə Bakarova danışıb.
Tacxeber.com xəbər verir ki, aprel ayının 29-u, Sumqayıtda sambo məşqi zamanı xəsarət alaraq vəfat edən 7 yaşlı Fərid Bakarovun anası Aynurə xanım MTV-də yayımlanan Tarix Əliyevin aparıcısı olduğu “Ümid ilə gəl”in canlı efirinə bağlanaraq hadisənin təfərrüatlarını danışıb.
“Mən heç vaxt uşağı məşqə tək buraxmamışam. Həmin gün müəllim özündə deyildi. Əsəbi halda mənə dedi ki, çıx çöldə gözlə, sən uşağı qız kimi böyüdürsən. Mən də uşağı pilləkənin altında gözlədim. Müəllimin aqressiv səsləri gələndə dözməyib içəri girdim. Gördüm ki, Fərid qorxudan altını isladıb. Mən tez uşağın şalvarını dəyişdim və digər uşaqlara da tapşırdım ki, ona gülməsinlər. Çünki Fərid çox mərd uşaqdır. Paltarı dəyişəndən sonra məni çölə çıxardı. Çölə çıxmamış uşağın niyə halsız olduğunu soruşdum. Mehman mənə “kross” qaçdıqları uçun Fəridin halsız olduğunu dedi. Sonra yenidən uşaq narahat olduğu üçün məni çağırdı. Fəridi görəndə uşağın normal olmadığını gördüm. Uşaq ət kimi idi. Mehman Fəridə “sənə heç nə olmayıb, sənə nə olub ki” deyirdi. Fərid də qorxusundan danışmayaraq əl hərəkətləri lə ona heç nə olmadığını dedi.
Fəridin xəstəxanada vəfat etdiyini deyən Aynurə xanım, Mehman Xəlilovun təcili tibbi yardım maşını çağırmağa imkan vermədiyini bildirib: “Uşağı halsız vəziyyətdə evə gətirdim. Qəsəbədə yaşadığımız üçün təcili tibbi yardım çağırmadıq və taksi ilə xəstəxanaya aparmaq istədim. Çünki müəllimi dedi ki, uşağa heç nə olmayıb”.
Aynurə Bakarova Mehman Xəlilovun narkotik vasitələrin istfadəçisi olduğunu da qeyd edib:
“7 il uşağı atasız böyütmüşəm. Nə qədər axtarıb-araşdırıb müəllim tapmışam. Bir nəfər də mənə deməyib ki, narkoman imiş. 4 ay idi oğlum Mehman müəllimin yanına gedirdi. Fərid çox mərd və kişi kimi uşaq idi. Onun yanında baş kəssən belə gəlib mbir söz deməzdi. O həmişə deyirdi ki, mən əsgər olacam. Deyirdi mən gedib şəhid olacam. Hansısa “erməninin” əlində şəhid oldu balam./Azxeber.com