• 22 Noyabr 2024 20:19

Bakıda faciəvi şəkildə ölən şəxs qazi imiş – FOTO

3 gün əvvəl Bakının Xəzər rayonunda yol kənarında dayandığı zaman avtomobil vurması nəticəsində həyatını itirən 30 yaşlı Aqil Kazımovun Vətən müharibəsi qazisi olması məlum olub.

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Buzovna-Mərdəkan yolunda qeydə alınıb. Belə ki, Azad Əhmədov “Audi A6 minik” markalı avtomobillə əvvəlcə yol kənarında park edilmiş “Volkswagen Golf”u, ardınca isə yolun sağ kənarında dayanmış piyada 1993-cü il təvəllüdlü Kazımov Aqil Rasim oğlunu vurub. Nəticədə A.Kazımov almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb, “Volkswagen Golf minik” markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü Vüqar Kərimov isə qapalı kəllə-beyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə daxil olub.

Qeyd edək ki, qəzada həyatını itirən Aqil Kazımov Vətən müharibəsində döyüş yolu keçib və rəşadət göstərdiyinə görə bir sıra medallarla təltif edilib. Onun bir azyaşlı qızı var.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.



Tacxeber.com

Oxşar xəbərlər