• 22 Noyabr 2024 17:37

Kimlərə pomidor yemək olmaz?

Ən faydalı tərəvəzlərdən biri olan pomidor orqanizmi vacib vitamin və minerallarla təmin edir, ürək-damar və xərşəng xəstəliklərindən qoruyur.

 

Lakin bu faydalı məhsulun da müəyyən əks-göstərişləri mövcuddur.

Tacxeber.com xəbər verir ki, hansı xəstəliklər zamanı çoxlu pomidor yemək arzuolunmaz sayılır?

1. Allergiya

İstənilən digər parlaq meyvə-tərəvəz və giləmeyvələr kimi, pomidor da allergiyaya səbəb ola bilər.

2. Öd daşı xəstəliyi

Orqanik turşularla zəngin olan pomidor həzm proseslərini yaxşılaşdırır, ödün ifrazını artırır. Bu çox yaxşı xüsusiyyət olsa da öd daşı xəstəliyindən əziyyət çəkənlərə ziyan vura bilər.

3. Böyrək xəstəlikləri

Pomidor turşəng turşusu ilə zəngin olduğundan bəzi buna meylli olan insanlarda böyrəklərdə daşların əmələ gəlməsinə və böyüməsinə səbəb ola bilər.

4. Artrit, podaqra

Bunun səbəbi yenə də turşəng turşusudur. Turşəng turşusu oynaqlarda “duzlar”ın yığılmasına və iltihaba səbəb olur.

5. Mədə xorası və qastrit

Turşularla zəngin olan pomidor mədənin divarlarını qıcıqlandıraraq xora və qastritin kəskinləşməsinə səbəb ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər