• 22 Noyabr 2024 18:22

Yağış suyunun bilinməyən faydaları – MÜTLƏQ OXUYUN

Yağış suyunun bilinməyən faydaları - MÜTLƏQ OXUYUN

 

Son günlərdə havaların qeyri-sabit keçməsiylə yanaşı yağıntıların da miqdarı artmaqdadır. Çoxları yağışda islanmamaq üçün çətirlərinin altında gizlənir, yaxud sığınmaq üçün yer axtarmağa başlayır. Ancaq yağış suyunun tərkibindəki minerallar  həm saç, həm də dəri üçün çox faydalı hesab olunur.

Tacxeber.com xəbər verir ki, insanlar adətən saçlarını yağış suyundan qorumağa çalışır. Aparılan araşdırmalar nəticəsində təbii yağış suyunun saçlara bir sıra faydaları olduğu təsdiqlənib. Onun tərkibindəki zəngin minerallar sayəsində saçlarınız qidalanır və ipək kimi olur. Yağış suyu eyni zamanda saçlarınıza parıltı verərək onların canlı görünməsinə kömək edir.

Tam təbii möcüzə hesab edilən yağış suyunu adi sudan fərqləndirən əsas xüsusiyyət onun tərkibində xlor, ağır metallar və kimyəvi maddələrin olmamasıdır. Lakin, qeyd etmək lazımdır ki, həddən artıq yağış suyunun saça təmas etməsi zərərli də ola bilər.

Təbii yağış suyunun saçlarla yanaşı, üz dərisinə də faydası var. Çox az miqdarda üzə tətbiq olunan yağış suyu maska kimi dərimizdə qalır və məsamələrin açılmasına kömək edir. Hətta yağış suyu üz dərisindəki qara nöqtələrin də təmizlənməsinə kömək edir.

Tacxeber.com

Oxşar xəbərlər