• 22 Noyabr 2024 23:10

“Əxlaq geyimimizin metrəsi ilə deyil”

 

Müğənni Mehin Hümbətova açıq geyimləri tənqid edənlərə cavab verib. Axşam.az xəbər verir ki, yeni fotosessiyasını izləyiciləri ilə bölüşən ifaçı paylaşımına bunları qeyd edib:

“Sənətin varsa, təqdim edəcəyin hər şey estetik görünür. Son zamanlar şou-biznes gündəmindən düşməyən əxlaq mövzularına fikir bildirmək istəyirəm: Əxlaq geyimimizin metrəsiylə deyil, düşüncələrimiz, niyyətimiz, ətrafa münasibətimiz və davranışımızla ölçülür. Geyim mövzusunu önə çəkib, özümüzə xal qazanmayaq”.

Tacxeber.com

Oxşar xəbərlər