Alla Puqaçova Moskvaya qayıtdı Maqazin 04 May 2023 08:14 172 Paylaş Rus estradasının primadonnası, SSRİ Xalq artisti Alla Puqaçova İsraildən Rusiyanın paytaxtına gəlib.“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a onun köməkçisi Yelena Çuprakova bildirib.A.Puqaçovanın modelyer dostu Valentin Yudaşkinin Moskvada keçiriləcək vida mərasimində iştirak edəcəyi gözlənilir.Xatırladaq ki, V. Yudaşkin mayın 2-də 59 yaşında dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.A.Puqaçova Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci ilin yazında İsrailə köçüb.Tacxeber.com