Gün ərzində ən vacib qidalar şübhəsiz səhər yeməyində yeyilənlərdir. Xüsusilə günə daha canlı və gümrah başlamaq üçün səhər yeməyi mütləq yeyilməlidir. Ancaq səhər yeməyində yediyimiz qidalarda diqqətli olmaq lazımdır. Belə ki, bəzi qidalar kifayət qədər zərərli ola bilər. Hətta bu qidaları səhər yemək bəzən göz zəifləməsi, xərçəng, ürək-damar kimi xəstəliklərin yaranmasına şərait yaradır.
Lent.az xəbər verir ki, çox adam tamam boş mədəyə nə yeməli olduğunu bilmir. Məsələn, bəziləri səhər oyanan kimi yeməkdən əvvəl qəhvə, yoqurt və portağal şirəsi içir. Bu isə düzgün deyil. Səhərlər ac qarına sadəcə su içmək məsləhətdir.
Səhər yeməyində yeyilməməli olan qidaları təqdim edirik:
Pomidor C vitamini və bir çox digər qida maddələri ilə doludur. Lakin pomidorun tərkibində tannik turşusu olduğundan onları acqarına yeməkdən çəkinmək lazımdır. Bu turşu mədənizdə turşu miqdarının artmasına səbəb olur. Bu da mədədə müəyyən ağrıların yaranmasına gətirib çıxarır.
Qazlı içkilər
Bir çox insanlar günün istənilən vaxtında sərinləşdirici içkilər içməyi xoşlayırlar. Ancaq bu tövsiyə edilmir. Əsasən də səhər yeməyini yemədən qazlı içkilər içdiyiniz zaman mədəniz şişə bilər. Daha da pisi, mədədəki turşu səviyyəsi çoxalacaq. Qazlı içkilər bu rejimdə uzun müddət istifadə edilərsə, yemək borusu xərçəngi ilə nəticələnə bilər.
Xəmir yeməklər
Səhər tezdən insanların çoxu mətbəxdə və ya yemək süfrəsində gördükləri ilk şeyə əl uzadırlar. Tez-tələsik yeyib evdən çıxırlar. Bunun ən asan yolu isə börəklər, xəmirdən hazırlanmış digər qidalardır. Onlar sizi daha doymuş hiss etdirsə də, təəssüf ki, sağlamlığınız üçün yaxşı seçim deyil. Bu qidalara desertlər də daxildir.
Armud
Armudda çox miqdarda xam lif var. Onu acqarına yemək yeyəndə zərif selikli qişalar zədələnə bilir. Bu da mədə xəstəliklərinə səbəb olur. Ən azı yulaf əzməsi və ya digər taxıl kimi qidalar yedikdən sonra ikiqat yemək tövsiyə olunur.
Acılı qidalar
Ədviyyatlar yeməyinizin dadını və iyini daha yaxşı edir. Elə insanlar var ki, yeməklərini ədviyyatsız yeyə bilmir. Ancaq qəti şəkildə səhər yeməyində acılı ədviyyatlardan istifadə etmək olmaz. Bunun səbəbi, onlar asanlıqla mədə qıcıqlanmasına səbəb olur. Bu isə sonradan kramplarlar nəticələnir.
Qatıq
Qatıqda çoxlu laktik turşu bakteriyası var ki, bu da sağlamlıq üçün çox vacibdir. Bununla belə, mədədəki turşu miqdarı sayəsində laktik turşu acqarına yararsız hala düşür. Belə süd məhsullarında olan laktik turşu bakteriyaları öldürür və daha çox turşuluğa səbəb olur. Buna görə də, qatığı çalışıb səhər yeməyindən minimum 2 saat sonra yeməlisiniz.