• 08 Oktyabr 2024 12:20

Bakıda 23 yaşlı qız əməliyyatdan sonra komaya düşüb ÖLDÜ

 

Bakıda estetik əməliyyatı zamanı komaya düşən gənc qız vəfat edib.

Tacxeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bir neçə gün əvvəl ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq dünən vəfat edib.

Məlum olub ki, o, 5 gün əvvəl Sabunçu rayonu ərazisidəki “Medicare” özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər