• 22 Noyabr 2024 23:08

Kılıçdaroğlunun xəritəsi Azərbaycanda etiraz doğurdu – CHP-dən REAKSİYA

Kılıçdaroğlunun xəritəsi Azərbaycanda etiraz doğurdu - CHP-dən  REAKSİYA

 

Türkiyə müxalifətinin təmsil olunduğu “Millət İttifaqı”nın prezidentliyə vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu seçkiöncəsi “böyük layihə” adı altında video müraciət yayıb. Sözügedən videoda Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqqında xəritə əks olunub.

Prezidentliyə namizədin təqdim etdiyi xəritə birmənalı qarşılanmayıb. Belə ki, Kılıçdaroğlunun vəd etdiyi “Yeni İpək Yolu” layihəsinin Azərbaycandan keçməməsi həm Türkiyədə, həm də Azərbaycanda etiraz doğurub.

Məlumat üçün bildirək ki, xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir. Bununla da Kılıçdaroğlu “Yeni İpək Yolu” layihəsində Azərbaycanın yer almadığını nümayiş etdirib.

Modern.az-ın əməkdaşı xəritə məsələsinə aydınlıq gətirmək üçün Cümhuriyyət Xalq Partiyasının (CHP) mövqeyini öyrənməyə çalışıb.

CHP-nin hazırkı deputatı Atilla Sertel saytımıza açıqlamasında bildirib ki, “Millət ittifaqı” hakimiyyətə gəldikdən sonra Azərbaycanla əlaqələrdə dəyişiklik olmayacaq.

“Məlum video partiya sədri tərəfindən ötən gün axşam saatlarına paylaşılıb. Mən də sizin bildiyiniz qədər məlumatlıyam. Bildirim ki, partiya hakimiyyətə gəldikdən sonra Azərbaycanla əlaqələr həmişəki kimi olacaq. İndikindən güclü olaraq qalacaq”, – deputat vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər