• 22 Noyabr 2024 22:22

Əli Mirəliyev və Anar Vəziroğlu canlı efirdə DALAŞDILAR – VİDEO

 

Müğənni Əli Mirəliyev və şair Anar Vəziroğlunun arasında canlı efirdə qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, “Bizimləsən” ictimai-sosial verilişində espert qismində iştirak edən tərəflərin mübahisəsinə səbəb müğənnin şairə söylədiyi “Başını bilmədiyin yerə soxursan” sözləri olub.

Əli Mirəliyevin bu sözlərinə Anar Vəziroğlu “od püskürüb”:

“Mən eşitməmişəm, amma mənə söylədilər ki, siz mənə “Anar başını bilmədiyi yerə soxur” sözlərini demisiniz. Yadında saxla, Əli müəllim sənə böyük hörmətim var. Amma kimsə, mənə qarşı hörmətsizlik edəndə, dayanmıram, düz də edirəm. Mən başımı girmədiyi yerə soxan kişilərdən deyiləm. Sən Faiq Ağayev, Müslim Maqomayev, Polad Bülbüloğlunu bəyənmirsən. Əgər sən dediyim kimi, bu sözlərinin musiqiyə aid olduğunu deyirsənsə, mən musiqiçi ailəsində böyümüşəm. Niyə mənim musiqidən xəbərim yoxdur? Əli müəllim siz məndən yaşca böyük,  peşəkar müğənni ola bilərsiniz, amma mənim üçün peşəkar musiqiçi Alim Qasımov, Faiq Ağayevdir. Siz isə yox! Əli müəllim cızığından çıxdı. Əgər mənimlə bir verilişdə iştirak etmək istəmirsənsə, xoş getdin. Oturduğum yerdə bostanıma niyə daş atırsınız?”.

A.Vəziroğlunun bu ifadələrindən sonra Ə.Mirəliyev qarşı tərəfdən üzr istəyib: “Mənim sənin bostanında nə işim var? Mənim sənin qardaşın Baba Vəziroğluya böyük hörnətim var. Sənə də hörmətim var. Dedim ki, musiqi məsələlərinə qarışma. Anar, sən düz danışmırsan. Bu sahə mənə aid olduğuna görə belə dedim ki, “Başını bilmədiyin yerə soxursan”. Ola bilər ki, biraz ağır səsləndi sözlərim. Bu sözlərimə görə də səndən üzr istəyirəm. Əgər ürəyinə toxundusa, üzr istəyirəm. Çünki bu musiqi sahəsini təkcə səndən yox, elə qardaşın Baba Vəziroğludan da yaxşı bilirəm. Alim Qasımovu isə 1992-ci ildə bəyənmişəm. Onun oxuduğu “Bayatı Şiraza” ağlamışam. Ondan sonra istiqamətini dəyişdirdi, mən də fikrimi ona qarşı dəyişdirdim”.

 Tacxeber.com

Oxşar xəbərlər