• 22 Noyabr 2024 23:11

Arıqlamağa kömək edən 6 içki  – Fit olmaq üçün bir ətək pul tökməyə ehtiyac yoxdur

Arıqlamaq üçün diyet saxlayanlar maye içərkən də miqdara və keyfiyyətə önəm verməlidirlər. 

ariqlamaga-komek-eden-6-icki

 

Qəbul etdiyiniz maye sizə hədəflədiyiniz çəkiyə çatmaqda kömək edir. Müxtəlif içkilər, spirtli və hətta mağazadan satın alınan meyvə suları çəki itirməkdə sizə mane olar və ya ilk etapda çəkinin azalmasının qarşısını ala bilər. 

Artıq çəkidən xilas olmaq istəyənlər bu çaylardan istifadə edərək hədəflərinə daha tez çata bilərlər. Tacxeber.com oxucularına çəki azaldan və arıqladan, piylərdən xilas olmaqda kömək edəcək içkilərin siyahısını təqdim edir:

YAŞIL ÇAY

Yaşıl çay ləzzətlə içəcəyiniz  ən güclü  içkilərdən biridir. Orqanizmdə yığılıb qalan toksinləri təmizləyir və maddələr mübadiləsini sürətləndirir, piylərin əriməsinə birbaşa təsir edir. Yaşıl çay həm də qan dövranını  yaxşılaşdırır, xolesterolu aşağı salır və ürək xəstəliyi riskini azaldır. Yaşıl çayın bir çox variantı var, buna görə ətrafa bir nəzər salıb sizə uyğun olanını tapa bilərsiniz.

BUZLU SU

İnsanların çoxu protein tozu və arıqladıcı içkilər üçün minlərlə dollar pul xərcləyir. Ən güclü arıqladıcı içkidən isə xəbərsizdirlər. Su mədənizi doldurar və şəkərli  qidaları yemə istəyinizin azalmasına və ya həddindən artıq yeməyinizin qarşısına alar.  Bol-bol su içmə vərdişi sizi hədəfinizə daha tez çatmağa kömək edəcək, həm də sağlamlığınıza fayda qatacaq. Aparılan araşdırmalara görə içilən suyun buzlu və ya soyuq olması maddələr mübadiləsinin sürətinə də təsir edir.

ALMA VƏ DARÇINLI SU

Həm alma, həm də darçın bədəninizin şəkəri həzm etməsinə və tənzimləməsinə köməkçi olan maddələrlə zəngindir. Almadakı lif həzm sisteminin problemsiz hərəkət etməsinə də kömək edir. Alma sirkəsi qan şəkərini aşağı salır və toxluq hissini artırır.  İki litr suya bir yemək qaşığı darçın, bir yemək qaşığı alma sirkəsi və bir böyük alma (dilimlənmiş) əlavə edib  için.

SİTRUS MEYVƏLƏRİ DİLİMİ, NANƏ YARPAQLI SU 

SPA mərkəzlərinə gedənlər bu qarışığı görüb və dadıb: içində limon, portağal və xiyar dilimlərinin üzdüyü soyuq, şəffaf su. Bəzən də bir neçə nanə yarpağı əlavə edilər. Əlavə qida və antioksidant dəstəyi almaq üçün normal suyun əvəzinə bunu için.

QARPIZ VƏ LİMON SUYU

Bu içkinin adı  qulağa qəribə bir kombinasiya kimi gələ bilər, amma ləzzətli, bəsləyici maddələrlə dolu və son dərəcə tox tutan bu qarışığı mütləq sınaqdan keçirməlisiz. Hər iki litr su üçün böyük bir dilim qarpız (kub şəklində  doğranılmış) və bir limon istifadə edin.

Bu ləzzətli içkiləri diyetinizə daxil etmək çəki atmaqda hədəflərinizə çatmağa kömək ola bilər. Nizamlı olaraq istifadə etsəniz  özünüzü şişirtdiyiniz şəkərli içkiləri belə axtarmayacaqsız.

Tacxeber.com

Oxşar xəbərlər