“Şeyxülislamın verdiyi fətva ölkəmizdə bütün məscidlərdə yerinə yetirilməlidir. QMİ-nin və qazilər şurasının çıxardığı fətvanı kimsə pozursa, deməli, o, Azərbaycandakı dini mühitlə bağlı doğru addım atmır”.
Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, ola bilsin ki, bu səbəbdən son günlər bir neçə din xadimi istefa verib:
“Onların sayı çox deyil. Bakıda bu gün azı 118 məscid fəaliyyət göstərir. Onlardan beşi vəhdət sistemi ilə (bir neçə məzhəb üzrə – red.) işləyir. 99-a yaxın məscid isə bir məzhəbin daşıyıcısıdır. Bizim siyasətimiz dövlətin siyasəti ilə eynidir və biz maarifləndirmə işində vəhdət prinsipinə üstünlük veririk. Bütün imamlara tövsiyə edirik ki, məscidlərdə vəhdət prinsipinə əməl etsinlər”.