• 22 Noyabr 2024 12:13

İran bu il rekord sayda insanı edam edib – BMT çağırış etdi

 

İranda bu il ərzində 209 nəfər edam edilib.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə sözçü Ravina Şamdasani məlumat verib. O bu vəziyyəti “fəlakət” adlandıraraq, İranı edamları dayandırmağa çağırıb.

Şamdasani bildirib ki, BMT İnsan Hüquqlarından məsul Volker Turk da edamların çoxluğundan narahatdır.

“Bu il orta hesablar İranda hər həftə 10-dan çox şəxs edam edilib”,- deyə Şamdasani söyləyib.

Sözçü bildirib ki, İran son rəqəmlərlə dünyanın ən çox edam cəzası tətbiq edən ölkəsinə çevrilib.

Məlumatda edam olunan şəxslərdən çoxunun narkotik vasitələrlə bağlı cinayətlərə görə cəzalandırıldığı öz əksini tapıb.

Tacxeber.com

Oxşar xəbərlər