• 22 Noyabr 2024 17:28

AMEA-da dissertantlara Hüseynbala Mirələmovun “eşqbazlıq fəlsəfəsi”nin sirrləri aşılanır – FOTOFAKT

 

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi elmdən başqa hər işlə məşğul olur desək, yəqin ki, yanılmarıq. Zaman-zaman bunu sübuta yetirən faktlar yerli mediada dərc olunub. Görünür, AMEA prezidenti İsa Həbibbəyli tənqidlərdən lazımı nəticə çıxarmayıb və elm ocağını məişət səviyyəli bir müəssisəyə çevirməyi qarşısına məqsəd qoyub. Əks halda “Hüseynbala Mirələmovun nəsrində insan və zaman problemi” mövzusunu fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən bir dissertanta niyə həvalə etsin ki? Lap tutaq ki, həmin disertant bu mövzunu müdafiə etmək və elmi ad almaq üçün müraciət edib. Bəs AMEA prezidenti İsa Həbibbəyli niyə belə bir mövzunu elmi şuranın müzakirəsinə çıxarmağa razılıq verir? Məgər Hüseynbala Mirələmovun öz kabinetində hansı “işlərlə” məşğul olduğunu cənab Həbibbəyli görməyib? Yoxsa AMEA prezidentinin başı elm ocağını xarabalığa çevirməyə elə qarışıb ki, Mirələmovun Azərbaycanda rüsvayi-cahan olmasından xəbəri yoxdur? Yaxud Mirələmovun öz katibəsinin “yumşaq yeri”nə sığal çəkdiyi görüntüləri izləməyib?

Təsəvvür edirsiniz, cənablar! İsa Həbibbəylinin elimi şuraya çıxardığı dissertasiya mövzusuna ölkənin tanınmış elm xadimləri, professorları şəxsən opponentlik edirlər. Elmi rəhbər filologiya elmləri doktoru Elman Quliyev, opponentləri isə professor İslam Qəribov, dosent Raqub Kərimov və filologiya üzrə fəlsəfə doktoru Azər Əbilov olan bu dissertasiya mövzusunun iddiaçıya hansı uğur qazandıracağı isə sual altındadır. Çox güman ki, burada yalnız Hüseynbala Mirələmovun “eşqbazlıq” fəlsəfəsinin sirrləri aşılanacaq. Bağışlayın, amma Mirələmovun adını eşidəndə insanın ağlına elmi məsələlərdən daha çox onun katibəsi ilə “eşq məcaraları” gəlir. İsa Həbibbəyli! Heç olmasa məlum görüntülərin üzərindən bir xeyli vaxt keçdikdən və Mirələmovun “əməlləri” cəmiyyət tərəfindən unudulduqdan sonra onun şəninə dissertasiya mövzuları Açıxarmaq olmazdımı? Ümid edirəm ki, bu açıq suallara AMEA rəhbərliyi aydınlıq gətirəcək./Konkret.az

Tacxeber.com

Oxşar xəbərlər