Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri (BAMF) Umud Mirzəyevin dəvəti ilə Azərbaycanda səfərdə olan “Sülhün Kökləri” təşkilatının rəhbəri Heidi Kühn “Dünya Ərzaq Mükafatı” laureatına layiq görülüb.
Tacxeber.com xəbər verir ki, bu mükafatın məbləği 250 min dollardır.
BAMF-dan saytımıza bildiriblər ki, xanım Kühn bu vəsaiti Azərbaycanda mina təmizləmə işinə sərf edəcək.
O, dünyadakı əsas donorlara çağırış edərək, onları Azərbaycanda mina təmizləmə işinə ciddi dəstək olmağa səsləyib.