Sumaq bədəndəki iltihabların, xüsusən də həzm pozğunluğu başda olmaqla müxtəlif xəstəliklərin aradan qalxmasında effektiv rol oynayır.
Tacxeber.com xəbər verir ki, orta əsrlər dövrünün müdrik təbiblərindən olan İbn Sinanın “Əl-Kanun-Fit” adlı tibb kitabında da bəhs etdiyi sumaq mədə problemlərindən qaraciyər xəstəliklərinə, ağız yaralarından həzmsizliyə qədər bir çox xəstəliklərə çarədir.
Həmçinin sumaq şirəsini də müntəzəm içməyin orqanizmə faydaları var. Bunlar aşağıdakı kimidir:
– Qanda insulinin miqdarını tarazlaşdırır. Bu xüsusiyyəti sayəsində diabet və yüksək təzyiq xəstələrinin istehlak etməli olduğu qidalar sırasındadır.
– Antioksidantın təsiri sayəsində yuxarı tənəffüs yolları xəstəliklərində anidən ortaya çıxan yüksək hərarəti salaraq beyin sağlamlığını qoruyur.
– Həftədə bir dəfə 1 stəkan sumaq şirəsi içmək sinir sistemində deformasiyaya uğramış hüceyrələrin sayını azaltmaqla sağlam hüceyrələrin artmasına kömək edir. Həmçinin yorğunluq, stres və depressiya riskini də azaldır.
– Sumaq şirəsi həzmi tənzimlədiyi üçün arıqlamaq üçün istifadə edilə bilər.
– Gün ərzində yarım stəkan sumaq suyu içmək həzmsizlik və köpün qarşısını alır.
– Anoreksiya (iştahasızlıq) problemi olan uşaqların ayda bir dəfə sumaq suyu (və ya şirəsi) içməsi də faydalıdır. Həm uşağınızın bədən müqavimətini artırır, həm də iştahasını açaraq daha yaxşı yeməsinə kömək edir.
Hazırlanması: Bir stəkan qaynadılmış suya bir çay qaşığı sumaq əlavə edib, 5 dəqiqə dəmləyin. Daha sonra süzərək içə bilərsiniz.
İbn Sinanın da sağlamlıq üçün tövsiyə etdiyi sumağın faydaları:
– Xolesterolu tənzimləyir.
– Dəri problemlərinin müalicəsində istifadə edilə bilər.
– Mədə problemlərinin və həzmsizliyin qarşısını alır.
– Sumaq toxumu iltihablara, ağciyər infeksiyasına və onu törədən göbələklərə qarşı təsirlidir.
– Oynaq xəstəliklərinə xeyirlidir.
– Ağız yaralarına yaxşı gəlir.
– Dərinin qorunmasına və yenilənməsinə kömək edir.
– Ürəyi faydalıdır.
– Qaraciyəri qoruyur.
– Sumaq güclü sidikqovucudur. Bu təsiri sayəsində sumaq sidik yolu infeksiyalarının qarşısını almağa kömək edir və yüksək təzyiqi aşağı salır.