• 20 Sentyabr 2024 02:10

İmamoğlunun seçki qutusundan Ərdoğan LİDER ÇIXDI

 

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu seçki qutusundan Rəcəb Tayyib Ərdoğan lider çıxıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

İmamoğlu Bəylikdüzüdəki Emin Yükseloğlu Qız Anadolu İmamhatip Liseyində prezident və 28-ci dövr millət vəkili ümumi seçkiləri üçün səs verib. Onun da olduğu 2224 saylı seçki qutusuna 316 seçici səs verib.

Türkiyə vaxtı ilə saat 17:00-dan etibarən səsvermə prosesi bitdikdən sonra açılan qutuda 2 səs etibarsız sayılıb, Xalq İttifaqının namizədi hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 163, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu 138, Ata ittifaqının namizədi Sinan Oğan 12, Məmləkət partiyasının lideri Məhərrəm İncə 1 səs toplayıb.

Tacxeber.com

Oxşar xəbərlər