• 22 Noyabr 2024 19:00

Öd kisəsi xəstəlikləri ilə mübarizə üsulları

 

Tacxeber.com Türkiyə mətbuatına istinadən məlumat verir ki, əgər öd kisəsi ilə bağlı problemləriniz varsa və həkim sizə diqqət etməyinizi söyləyirsə, deməli qidalanma tərzinizi tamamilə dəyişməlisiniz. Daha çox sulu xörəklər yeməyə çalışın. Həftədə bir dəfə qaynanmış arpa suyu için. Kahı salatı, toyuq şorbası kimi qidalar sizin üçün faydalı ola bilər.

Duzlu və yağlı yeməklərdən imtina edin. Qətiyyən yumurta yeməyin.

Öd kisəsində qum və ya daş olarsa, qarğıdalı saçaqlarının dəmləməsindən istifadə etmək məsləhət görülür. Bu dəmləməni 1 fincan səhərlər acqarına, 1 fincan isə gecə yatmazdan qabaq içmək məsləhət görülür.

Öd kisəsinin şişməsi zamanı çətin həzm olunan və köp yaradan qidalardan, tünd və ağır yeməklərdən pəhriz saxlanmalıdır. Bu zaman portağal və ya onun şirəsindən istifadə etmək yaxşı təsir göstərir.

Bağırsaqları möhkəmlədirib həzmə kömək edən sarıkök öd kisəsi üçün faydalıdır. Öd kisəsində daş əmələ gəlməsinin qarşısını almaq istəyirsinizsə, yeməklərdə bol-bol sarıkökdən istifadə edin.

Əgər artıq sizdə daş yaranıbsa, bu zaman gündə 2 alma yemək faydalı olacaq.

Qeyd etmək lazımdır ki, sinir sistemində olan pozğunluq, stress, daxili iztirablar, qüssə, uğursuzluq və ümidsiz –yəni bir sözlə depressiya öd kisəsinin funksiyasının pozulmasının ən böyük səbəblərindəndir. Ona görə də qidalanma tərzinizlə yanaşı düşüncələrinizə də nəzarət etməlisiniz.

Pozitiv düşünməyə çalışın. Sizi əyləndirən, güldürən dostlarla birlikdə olun və ya komediya filmləri izləyin.

Tacxeber.com

Oxşar xəbərlər