Müğənni Şəbnəm Tovuzlu həyat yoldaşı Rafiq Əliyevlə bağlı yayılan iddialara cavab verib. Axşam.az xəbər verir ki, sosial şəbəkədə ifaçının həyat yoldaşından ayrı yaşadığı ilə bağlı paylaşımlar edilib.
Şəbnəm isə ünvanlanan suallara “Çox boş-boş xəbərlər yayırsınız, dincəlin. 11 ildir bir evdə yaşayırıq, hər şeyimiz birdir. Oğlumuz da böyüyüb. Əliyev Əli Rafiq oğlu… Atası da onunladır” cavabını verib.
Qeyd edək ki, yayılanlara səbəb TikTok-da müğənninin həyat yoldaşının ilk ailəsindən olan oğlu İlknurun adından edilən paylaşım olub. Paylaşımda Şəbnəmlə R.Əliyevin ailəli olmadığı yer alıb. R.Əliyev isə xəbərçi.az instaqram səhifəsinə açıqlama verərək “Şəbnəm Tovuzlu mənim həyat yoldaşımdır. Artıq söhbət ola bilməz. Bunu illərdi hər kəs belə bilir. Mənim oğlum elə söz deməz. İnanmıram. Hər ikisi də balamdır, canımdır, qanımdır” sözlərini söyləyib.