Əksər insanlar meyvə və tərəvəzləri tamamilə sağlam qida hesab edirlər, lakin bəzi hallarda sağlamlığa zərər verə bilərlər. Diyetoloq Yelena Solomatina bildirib ki, heç bir əks göstərişi olmayan sağlam insan belə gündə 500 qramdan çox meyvə-tərəvəz yeməməlidir, mədə-bağırsaq xəstəlikləri olan insanlar isə bu qidaların istifadəsini xeyli məhdudlaşdırmalıdırlar.
Tacxeber.com xəbər verir ki, ekspert bu barədə “Vm.ru-ya müsahibəsində danışıb. O, bunun səbəbini meyvələrin tərkibində çoxlu üzvi turşular olması ilə izah edib.
“Mədə-bağırsaq traktının xəstəlikləri olan insanlara (xüsusilə kəskin mərhələdə, bəziləri isə xroniki formada olanlar) meyvələr zərər verə bilər. Xüsusilə də onlar acqarına və çox miqdarda yeyildikdə. Turş meyvələr vəziyyəti daha çox ağırlaşdıra bilər.
Tərəvəzlər o qədər də şirin olmasa da, orqanizmdə nasazlığa səbəb ola bilər. Məsələn, mədə-bağırsaq traktının iltihabı varsa, tərəvəzlərdə olan lif iltihablı toxumaların vəziyyətini ağırlaşdıra bilər”, – həkim xəbərdarlıq edib.
Dietoloq onu da bildirib ki, tez xarab olan meyvə-tərəvəzlərdə yaranan patogen flora da zəhərlənməyə səbəb ola bilər. Xüsusilə psixi xəstəlikdən əziyyət çəkən böyüklər və uşaqların həddindən artıq yetişmiş tərəvəz və meyvələrdən imtina etməsi məsləhətdir.