• 22 Noyabr 2024 15:40

Sumqayıtda qız bıçaqladığı oğlanla nişanlandı

Sumqayıtda qız bıçaqladığı oğlanla nişanlandı

 

Sumqayıtda sevdiyi oğlanı qısqanclıq zəminində bıçaqlayan qız onunla nişanlanıb.

Qaynarinfo-nun məlumatına görə, hadisə 18 iyul 2022-ci il tarixdə, saat 18:30 radələrində baş verib.

Səma Sumqayıt şəhəri Yaşıl dərə bağlar massivində fərdi yaşayış evində anası ilə birlikdə yaşayıb. 5 il sevgi münasibətində olduğu Gəray onu Quba rayonuna istirahətə aparacağına söz verib. Lakin oğlan 15 iyul 2022-ci il tarixdə Qubadan olan tələbə yoldaşları ilə istirahətə gedib. Bu isə Səmanın xoşuna gəlməyib və qısqanclığına səbəb olub.

Gəray Qubadan qayıtdıqdan sonra Səmanının evinə gedib və aralarında mübahisə yaranıb. Bu vaxt qız yaşadığı evin mətbəxindən götürdüyü bıçaqla Gərayın kürəyinin sol tərəfindən bir zərbə vurub. Oğlanın kürəyindən qan axdığını və bıçağın batdığı yerdə asılı vəziyyətdə qaldığını görən Səmanın ürəyi gedib. Oğlan bıçağı kürəyindən özü çıxararaq, Səmanın üzərinə su tökərək ayıldıb.

Gəray Səma və onun anası ilə birlikdə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına gedib və yarasına tikiş qoyulub. Xəstəxanaya qəbul olunan zaman Səmanın onu bıçaqlamasını bildirməmək üçün həkimlərə Sumqayıt şəhəri, Qurd dərəsi massivində, 2-ci dayanacaqda yerləşən “Hüseyn” marketin yaxınlığında tanımadığı şəxs tərəfindən bıçaqlanaraq xəsarət aldığını bildirib. Amma aparılan araşdırma zamanı onun Səma tərəfindən bıçaqlandığı məlum olub.

Hadisədən sonra Gəray və Səma nişanlanıblar.

Məhkəmə Səmanı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib və Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Tacxeber.com

Oxşar xəbərlər