“Mayın 14-də Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə mənimlə Azərbaycan prezidenti arasında görüş oldu. Mayın 14-də biz daha bir addım atdıq və görüşün yekunlarına dair bəyanatda deyildiyi kimi, qeyd etdik ki, Azərbaycan Ermənistanın 29.8 min kvadratkilometr ərazisində, Ermənistan isə Azərbaycanın 86.6 min kvadratkilometr ərazisində ərazi bütövlüyünü tanıyır”.
Tacxeber.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında çıxışı zamanı deyib.
“Qeyd etməliyəm ki, mən bunu regionda sabitliyin və sülhün bərqərar olması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin yekunlaşdırılması və həmçinin sərhədlərin delimitasiyası baxımından mühüm addım hesab edirəm. Amma təbii ki, növbəti addım demarkasiya üçün hüquqi qüvvənin və bunun konkret əsaslarını müəyyən etmək və razılaşdırmaqdan ibarət olmalıdır” – baş nazir əlavə edib./Teleqraf