• 22 Noyabr 2024 07:17

Əməkdar artist Ərdoğan üçün qurban dedi: “İmamzadədə kəsəcəyəm” – FOTO

 

“Səbirsizliklə Türkiyədəki seçkilərin nəticələrini gözləyirəm. Və inanıram, ümid edirəm ki, bu dəfə də seçkilərdə Rəcəb Tayyib Ərdoğan seçiləcək. Onun üçün qurban demişəm. İnşallah, Cumhur başkanının 28 may günündə axşam balkon çıxışından sonra Gəncəyə gedib, İmamzadədə qurbanımı kəsəcəm. Mənim qurbanım indiyə qədər yerdə qalmayıb. Əziz türk xalqı, ağıllı olun, liderinizi indiyə qədər düzgün seçmisiniz, belə də davam edin. Rəislə davam”.

Tacxeber.com  xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında sevilən sənətkar, tanınmış aktrisa Kübra Əliyeva deyib. Kübra Əliyeva seçkilərdə R.T. Ərdoğanı dəstəkləməyən xəbər aparıcısı Fatih Portakalın ünvanına da sərt sözlər işlədib.

“Onun kimilər Türkiyədə mində bir dənədir. Tək Portakal bizim ölkəni xoşlamır. Seçkilərdən sonra o portağalı sıxıb, suyunu özünə içirdəcəyik. Biz o portağalın suyunu içmərik (gülür)” deyə aktrisa bildirib.

Əməkdar artist Kübra Əliyeva Türkiyəyə tez-tez getməyinin səbəbini də açıqlayıb.

“Orada evim var. Nəvəm Ağəli Türkiyədə oxuyur. Həm oxuyur, həm də təhsil aldığı məktəbin salonunda saç ustası kimi çalışır. Çox şükür ki, işləri əla gedir. Gələn ay universitetə imtahan verəcək. İnşallah ki, daxil olar. Universitetə daxil olmasa gəlib Azərbaycanda hərbi xidmətə gedəcək. Oğlum üçün də etmişdim, indi də nəvəm üçün edirəm. Oğlum Raufu Danimarkada oxutdurdum, Ağəlini Türkiyədə oxuduram. Vallah mən möhkəm anayam. Gözəl ana demirəm. Ağəlinin evini Antalyada aldım. Evin sənədlərini Ağəliyə verəndə dedilər ki, kaş bizim də belə nənəmiz (babaannemiz) olardı. Hər bir valideynə arzulayıram ki, övladları üçün istədiyi hər bir şeyi edə bilsin. Ağəlinin artıq mənə ehtiyacı yoxdur. Həm məktəbdən maaş alır, həm də iş yerindən. Amma bir şey olan kimi mənimlə məsləhət edir. Mənim məsləhətimlə gedir. Böyük məsləhətinə qulaq asan övlad həmişə uğur qazanır” deyə aktrisa bildirib.

Aktrisa ekspert qismində çıxış etdiyi verilişlərdə barışdırdığı ailələrdən də danışır.

“Bütün telekanallarda gedən verilişlərdə ekspert qismində qonaq oluram. Nəinki ərlə-arvadı, ana ilə balanı da barışdırırıq. O qədər ağlayırıq ki. Ev üstündə küsürlər, düşmən olurlar. Bu gün mənim öz adıma evim yoxdur. Nəyim varsa övladlarım arasında bölmüşəm. Nə üçün yaşayırıq? Ağıllı övlad neynir ata malını? Ağılsız övlad neynir ata malını? Ağıllı özü qazanacaq, ağılsız da Siyavuş Aslanın oğlu Çingiz kimi milyonluq evləri satıb, zibil yeşiklərini eşəcək. Mənə ata-anamdan heç nə qalmayıb. Siz də ağıllı olsanız qazanacaqsınız. İmkanım daxilində hamıya istər maddi, istərsə də mənəvi kömək oluram. Kim zəng edirsə heç bir əli geri qaytarmıram. Yenə də deyirəm, imkan daxilində. Mən varlı qadın deyiləm. Xəstəliklə bağlı müraciət edirlər, onlara düzgün yol göstərirəm ki, hansı həkimin yanına getsinlər. Evlənmək istəyən insanlar bu gün çox tələsirlər. Elə bil ki, qızlarımız ərə gedib, boşanıb, aliment almaq üçün evlənirlər. Sonra da heç nə olmamış kimi öz həyatlarını qururlar. Bu çox çətin məsələdir. Evlənmədən yaxşı-yaxşı düşünsünlər. Çünki dünyaya övlad gətirirsiniz. Mən də övladlarımı tək, əziyyətlə böyütmüşəm. Əgər o övladı insan kimmi böyütməyəcəksinizsə, ərə gedib xalxın övladını, uşağınızı bədbəxt etməyin. Mənim sözümü eşidən qazanır. Bəzən bu sözlərimmə görə mənə tənqid edirlər. Mən o adamları sosial şəbəkə vasitəsilə tapıb, səhifəsinə daxil olub xoş sözlər yazıram. Sonra onu dostluğuma dəvət edirəm ki, Kübra xanımı yaxından tanısın. Yaxşılığımla, münasibətimlə onu utandırıram” deyə sənətkar bildirib.

Tacxeber.com

Oxşar xəbərlər