Türkiyədə keçiriləcək prezident seçkisinin II turunda Sinan Oğanın kimə dəstək verəcəyi ilə bağlı iddialar səngimək bilmir.
Tacxeber.com xəbər verir ki, “Cümhuriyyət” qəzeti yaydığı məlumata görə, Oğan artıq hakim Cümhur İttifaqına simpatiya bəsləyir və hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.
Oğanın seçimini qətiləşdirməsində terrorla mübarizə məsələlərində Cümhur İttifaqının Millət İttifaqından daha dəqiq konsepsiyaya malik olmasının rol oynadığı vurğulanıb.