“İran dağılmasa, bu ölkələr düzəlməyəcək. Harda nə oyun olsa, İran çıxaracaq…”
Bu sözləri Pravda.az-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalı və oğlu Dənizin ABŞ-da vəhşicəsinə döyülməsində İranın əli olduğu barədə iddialara münasibət bildirərkən deyib.
“İraqın keçmiş prezidenti Səddam Hüseynin bir sözünü deyəcəyəm, hələ bunu heç kim deməyib. Səddam Hüseyn prezident olanda bizim deputatlarımız səfər zamanı onun yanında olublar. S.Hüseyn deyib ki, ümummilli lider Heydər Əliyev mənə çox köməklik edib, həmişə mənə dayaq, dəstək olub: “İndi isə məni elə sıxıblar ki, imkanım çatmır, Qarabağla və digər məsələlərlə bağlı Heydər Əliyevə dəstək göstərim. Bax, İran. Yeyirsiniz, görürsünüz, almadır, amma alma deyil. Dadı-tamı almadır, amma inanmayın ki, almadır. İran da belədir…” Heydər Əliyevin 100 illiyi ilə bağlı yavaş-yavaş bu səhifələrin hamısını danışacağıq…”, – S.Novruzov bildirib.