• 22 Noyabr 2024 09:55

İsraildən İrana ağır ittiham: terrorçuların “üzən bazalar”ını yaradıb

 

İsrailin müdafiə naziri Yoav Qallant, İranın, mülki gəmiləri terrorçuların “üzən bazaları”na çevirdiyini söyləyib.

Tacxeber.com xəbər verir ki, o, bu sözləri “Herzliya 2023” konfransında deyib.

Müdafiə naziri, ” İran mülki ticarət gəmilərini hərbi gəmilərə çevirir. Pilotsuz uçuş aparatları, raketlər, zərbə sistemləri və qabaqcıl kəşfiyyat sistemləri də daxil olmaqla bütün növ silahların daşınması üçün nəzərdə tutulmuş bu gəmilərin çəkisi on, bəzən yüz minlərlə tondur. Beləliklə, İran bu gəmiləri sərhədlərindən uzaq ərazilərdə terrorçu bazalarına çevirməyə çalışır”.

Son zamanlarda bu gəmilərdən birinin Aden körfəzinə yönəldildiyi və bunun İranın Fars körfəzi və Ərəb dənizində həyata keçirdiyi dəniz terrorizminin bir hissəsi olduğu qeyd edildiyini söyləyən Qallant, Tehranın bu hərəkətləri Hind okeanına, Qırmızı dənizə və Aralıq dənizinə yaymağa çalışdığını qeyd edib.

Qallant bunun hərbi və mülki nəqliyyat yollarını təhdid edən və dənizdə davamlı bir təhlükə yaradan planlı bir “pirat” siyasəti olduğunu iddia edib.

Tacxeber.com

Oxşar xəbərlər