Özlərini öz içlərində gözdən salıblar. Havaya görə istiqamət dəyişirlər. Kılıçdaroğlu özü də hansı istiqamətə dönəcəyini bilmir.
Tacxeber.com xəbər verir ki, bu sözləri “CNN Türk” kanalına müsahibəsində Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.
“Dünən cənab Oğan rəsmi olaraq dəstəyini açıqladı. Qeyri-müəyyənliklər aydınlaşdı.
Biz təkcə Oğan bəyə deyil, 86 milyon insana özümüzü izah edirik. Cəhənnəmin qapıları terror qapıları olmalıdır”, – F.Oktay əlavə edib.
Vitse-prezident bildirib ki, onları Millət İttifaqından fərqləndirən əsas üstünlük prinsiplərinin aydın olmasıdır:
“Onlar PKK və HDP ilə müzakirəyə qatılıblar. Düşünürəm ki, Kılıçdaroğlunun heç bir etibarı qalmayıb. Prinsipsizlik maraqlar əsasında birliyə çevrildi. Biz isə ölkənin, millətin maraqlarını müdafiə edirik”.