Mayın 22-də Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə beş nəfər həyatını itirib. Onlardan dördü bir ailənin üzvləridir.
Baku TV-nin əməkdaşı həlak olanların ailəsində olub, qəzanın təfərrüatını araşdırıb.
Məlum olub ki, hadisə həlak olan cütlük üçün Bakıya nişan üzüyü almağa gedərkən baş verib. “Səhər saat 8-də yola saldım, 9-da zəng edildi ki, xəstəxanaya gəlin. Bacım komadadır. Heç balalarının öldüyündən xəbəri yoxdur. Qızı mənim gəlinimdir. Oğlu da, gəlini də ölüb”, – deyə qəzadan sağ çıxan qadının bacısı, həlak olan Məhərrəm Səmədovun anası deyib.