İsti aylarda çəki problemləri daha da artır, bir çox insanların iştahı yüksəlir.
“Medicina” xəbər verir ki, Edinburqda Kraliça Marqaret Universitetinin nümayəndələrinin müəyyən etdiyi kimi, istidə əlavə kiloqramlar qazanmaq çox asandır.
Bu problemi araşdıran mütəxəssislərin fikrincə, yayda artıq çəkinin səbəbi orqanizmdə su, rütubət çatışmazlığı ola bilər. Eyni zamanda, su çatışmazlığı insanlar tərəfindən hiss olunmur, bu da bədəndə mənfi proseslərin inkişafına kömək edir.
Maye çatışmazlığı mühüm metabolik prosesləri pozur. Əgər çox susuzsunuzsa, deməli, vücudunuz artıq müəyyən bir susuzlaşdırma mərhələsindədir.
Tədqiqatçıların izah etdiyi kimi, maye çatışmazlığı ilə bədən enerjisi azalır və bu da əlavə qida tələb edir. Qida, xüsusilə müəyyən qidalar (yağ və karbohidratlar) enerji səviyyəsini artırmağın ən sürətli yoludur.
Belə bir yalançı aclıq hissi həddindən artıq yeməyə səbəb olacaq.
İnsan orqanizminin çoxlu maye itirməsi çox təhlükəlidir. Fəaliyyət növündən, fiziki aktivlikdən və havanın temperaturundan asılı olaraq, qışda bədənin yarım litr suya ehtiyacı var, yayda isə üç litrdən beş litrə qədər su tələb oluna bilər.