• 23 Noyabr 2024 08:03

Azərbaycanlı deputat Türkiyədə Kılıçdaroğluna sual verdi: Azərbaycan sənə nə edib ki…

 

Milli Məclisin komitə sədri Musa Quliyev və onu müşayiət edən nümayəndə heyəti İstanbulda səfərdə olub.

Tacxeber.com xəbər verir ki, M.Quliyev, prezidentliyə namizəd, CHP sədri Kamal Kılıçdaroğlunun “Tarixi İpək Yolunu Canlandırma Layihəsi”ndə Azərbaycanı yer verməməsi ilə bağlı da fikir bildirib.

Deputat deyib: “ “Kılıçdaroğluna sual verirəm ki, Azərbaycan ona nə edib? Nə edib ki, Azərbaycanla düşmənçilik edir? Azərbaycan Türkiyənin ən yaxşı dostu, qardaşı və strateji tərəfdaşıdır. Biz bunu son 30 ildə hər an hiss etmişik. Son illər qardaşlığımız daha da yüksək səviyyəyə qalxıb”.

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunu izləyəcək.

Azərbaycan Milli Məclisinin komitə sədri Musa Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətində deputatlar Elşad Mirbəşir, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Arzu Nağıyev və Yeni Azərbaycan Partiyasının qərargahının eksperti Rəşadət Xalıqov yer alıb.

AK Partiya İstanbul Millət vəkili Şamil Ayrım heyəti AK Partiya Küçükçekmece İlçe Başkanlığında qonaq edib. Nümayəndə heyətinin rəhbəri Quliyev burada mətbuata açıqlama verib, jurnalistlərin suallarını cavablandırıb.

Musa Quliyev bildirib ki, Türkiyəni bu günlərdə çox böyük və tarixi bir seçki gözləyir:

“Bu seçki təkcə Türkiyə xalqının deyil, həm də türk dünyasının və müsəlman dünyasının həyatına təsir edəcək bir seçimdir. Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin dostluğu nəticəsində türk dünyası yenidən birləşib. Türk Dövlətləri Təşkilatını yaratmaq üçün birləşdilər. Bu təşkilatın daha da irəliləməsi üçün bu yol davam etməlidir”.

Quliyev çıxışına davam edərək deyib ki, İpək yolu Azərbaycandan keçir, Gürcüstan və Türkiyə üzərindən Avropaya çatır:

“İkinci yol kimi “Zəngəzur dəhlizi” açılacaq. O, Türkiyə ərazisindən keçməklə Qarabağ, Naxçıvan və Qars vasitəsilə Avropaya gedəcək. Hesab edirəm ki, Kılıçdaroğlunun təqdim etdiyi alternativ layihənin heç bir iqtisadi, tarixi və siyasi əhəmiyyəti yoxdur. Ola bilər ki, onlar bir qrupu öz tərəflərinə çəkmək üçün absurd iddia ilə çıxış ediblər. Bunun heç bir rolu olmayacaq. İnşallah, mayın 28-də doğru insanla doğru yola davam edəcəyik”.

Tacxeber.com

Oxşar xəbərlər