• 20 Sentyabr 2024 02:21

Brilliant “Netflix”də mahnımızın silinməsinə qəzəbləndi

 

Xalq artisti Brilliant Dadaşova Şövkət Ələkbərovanın ifasında “Netflix”in “Terzi” serialında səslənən “Füzuli kontatası”nın silinməsinə sərt reaksiya verib.

Tacxeber.com olay-a istinadən xəbər verir ki, bununla bağlı fikirlərini sənətçi instaqramda bölüşüb. O bildirib ki, bu, yanlış addımdır:

“Onu qadağan edənlər ölüb gedəcəklər. Amma Şövkət Ələkbərovanın səsi qalacaq. Amandır qoymayın Azərbaycan musiqisi milyonlarla insan tərəfindən dinlənib, sevilər… Əgər qadağan edilibsə, o zaman milyonların seyr edə biləcəyi bir film çəkib eyni musiqini istifadə etsinlər. Onu da bacarmırlar. Əsəbiləşdim, yazdığım hərflər də tərsməyallaq çıxdı.

Bunu niyə etdiniz? Nə olardı ki, yeni nəsillər bizim Şövkətimizi eşidib, sənətinin nə olduğunu anlamış olardılar?! Sağlığında onu SSRİ xarici ölkələrə qastrol səfərlərinə yollamadı. İndi də belə”.

Qeyd edək ki, OLAY-ın əldə etdiyi məlumata görə,musiqisi Cahangir Cahangirova, sözləri isə Məhəmməd Füzuliyə məxsus əsər “Netflix” platformasında qeyri-qanuni istifadə edilib.

Bununla bağlı “Mikpro” şirkəti hərəkətə keçib. Rəqəmsal yayım şirkətindən saytımıza verilən özəl açıqlamada “Netflix Türkiye”nin yutub səhifəsindən əsərin sildirildiyi söylənilib.

Tacxeber.com

Oxşar xəbərlər